“Qərbi Azərbaycan” ifadəsi ermənilərin qorxulu yuxusuna çevrilib

Müqavilədə razılaşdırılmış müddəa var ki, sülh məntiqinə zidd hərəkətlər nə Azərbaycanda, nə də Ermənistanda baş verməməlidir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün, martın 13-də “Mülki müqavilə” partiyasının ofisində jurnalistlərlə söhbətində deyib. Bəs bu, Ermənistanın suveren ərazisinin artıq Azərbaycan tərəfindən “Qərbi Azərbaycan” adlandırılmayacağı anlamına gəlirmi” sualına o, belə cavab verib: “Əvvəlcə dediyim kimi, sülh sazişində razılaşdırılmış müddəa var ki, Ermənistan Respublikası və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır, bir-birlərinə qarşı ərazi iddiaları yoxdur və gələcəkdə də belə bir iddia ilə çıxış etməyəcəklər. Bu, əvvəllər də qeyd etdiyimiz bir məqamdır”.
Surxay Əliyev