Rusiya prezidenti Vladimir Putin deyib ki, o, döyüşlərə son qoymaq təklifi ilə razıdır, lakin bu, “uzunmüddətli sülhə” gətirib çıxarmalıdır. Bu barədə o, Aleksandr Lukaşenko ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Biz hərbi əməliyyatların dayandırılması təklifi ilə razıyıq. Amma biz hesab edirik ki, bu uzunmüddətli sülhə gətirib çıxarmalı və problemin əsas səbəblərini aradan qaldırmalıdır”, - deyə Putin ABŞ-ın atəşkəs təklifini ilə bağlı sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, Ukrayna tərəfinin 30 günlük atəşkəsə nail olması yaxşı olardı. “Biz də atəşkəs tərəfdarıyıq, lakin nüanslar var”, - deyə Putin qeyd edib.Və əlavə edib ki, Kursk vilayətində qalan Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin taleyi necə olacaq? Onları sadəcə buraxmalıyıqmı? Təmas xəttində vəziyyət necə inkişaf edəcək - biz demək olar ki, hər yerdə irəliləyirik. Belə olan təqdirdə atəşkəsi harada və kimin pozduğunu necə müəyyənləşdiriləcək? Bu 30 gün ərzində Ukrayna silah almağa davam edəcəkmi və məcburi səfərbərlik davam edəcəkmi? Kim və necə təminat verəcək ki, belə bir şey olmayacaq?” Putin hesab edir ki, bütün bu məsələlər, ABŞ prezidenti Donald Trampla əlavə müzakirə tələb edir. “İdeyanın özü düzgündür və biz onu əlbəttə ki, dəstəkləyirik, lakin müzakirə etməli olduğumuz məsələlər də var”, - deyə Putin yekunlaşdırıb
Surxay Əliyev