“Times of Israel” xəbər verir ki, İsrail ordusu Dəməşqə hava hücumu təşkil etdiyini bildirib. Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr “Fələstin İslami Cihadının Suriyanın paytaxtı Dəməşqdəki qərargahına” zərbələr endirib. Bəyanatda qeyd olunub ki, İslami Cihad "komanda mərkəzlərindən terror fəaliyyətlərini planlaşdırıb həyata keçirib". “İsrail terror təşkilatlarının Suriya ərazisində möhkəmlənməsinə və İsrail dövlətinə qarşı fəaliyyət göstərməsinə imkan verməyəcək və istənilən bu cür güclənməyə qətiyyətlə cavab verəcək”, - deyə İsrail Müdafiə Nazirliyinin bəyanatında bildirilir.
Surxay Əliyev