Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Rusiya ilə Ukrayna arasında müvəqqəti atəşkəs əldə olunmasını istəmədiyini bildirib. Onun sözlərinə görə, Moskva "uzunmüddətli nizamlanmada maraqlıdır" və o, bu mövqeyini Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Uoltsa açıqlayıb. O, həmçinin "Ukraynada dinc hərəkətləri imitasiya edən addımların heç kimə lazım olmadığını" bildirib və təklif olunan müvəqqəti atəşkəsin "Ukrayna hərbçiləri üçün müvəqqəti möhlətdən başqa bir şey olmadığını" iddia edib. Uşakov onu bildirib ki,dünən Maykl Uolts mənə zəng edərək Ciddədə Ukrayna nümayəndə heyəti ilə danışıqların əsas nəticələri barədə məlumat verdi. Təbii ki, mən müvəqqəti atəşkəs haqqında əldə olunan razılaşmanı şərh etdim. Və mövqeyimizi açıqladım ki, bu, Ukrayna hərbçiləri üçün müvəqqəti möhlətdən başqa bir şey deyil", - deyə Uşakov bildirib. Eyni zamanda, onun sözlərinə görə, Rusiya ilə ABŞ arasında “sakit şəkildə normal fikir mübadiləsi” gedir və Rusiya Federasiyası ümid edir ki, Birləşmiş Ştatlar Ukraynadakı müharibənin həlli ilə bağlı onun tələblərini nəzərə alacaq. Putinin köməkçisinin sözlərinə görə, “amerikalılar başa düşürlər ki, Ukraynanın sülh yolu ilə nizamlanması və Ukraynanın gələcəyi kontekstində NATO-ya üzvlükdən söhbət gedə bilməz”. O, həmçinin bildirib ki, ABŞ Rusiya ilə danışıqlarda vasitəçi müəyyən edib və o, Stiv Vitkoff deyil.
Surxay Əliyev