İran prezidenti Məsud Pezeşkian Donald Trampın nüvə danışıqları ilə bağlı tələblərini kəskin şəkildə rədd edib.Və ABŞ-ın Iranla Ukraynayla olan tərzdə rəftarına icazə verməyəcəyini vurğulayıb. Sitat-“Tehran sizin üçün Kiyev deyil ki,onu zor gücünə baş əyməyə məcbur edəsiniz.Biz qısıla-qısıla yaşamaqdansa, şərəflə ölməyi üstün tuturuq”-sitatın sonu. İran prezidetinin bu açıqlamasını Vladimir Zelenskinin Vaşinqtona son səfərinə reaksiya kimi də qəbul etmək olar.Hansı ki, burada Pezeşkian demək istəyir ki, Tramp və onun vitse-prezidenti Vens Ukrayna liderini dəfələrlə “alçaldıb”, ondan ABŞ-a “təşəkkür” etməyi və Ukraynanın Rusiya ilə danışıqlarda “kozırların” olmadığını etiraf etməyi tələb etdilər. Sonuc olaraq isə Zelenski sadəcə Ağ Evdən bayıra atıldı. Pezeşkian demək istəyib ki, İran hörmət və qarşılıqlı anlaşma şəraitində, nüvə məsələlərində ABŞ-la danışıqlara hazırdır, lakin “təhdid və ya məcburiyyət dili bizim üçün qətiyyən yol verilməzdir. "Biz münaqişələr və təcrid istəmirik, lakin bu o demək deyil ki, biz kiminsə qarşısında əyiəcəyik" deyə İran prezidenti vurğulayıb.
Məlum olduğu kimi,ABŞ 2018-ci ildə nüvə sazişindən çıxdıqdan sonra, Tramp davamlı olaraq Tehrana təzyiqi gücləndirdi, sanksiyaları bərpa etdi və təkcə İranın nüvə proqramını deyil, həm də onun raket və dron imkanlarını və regional silahlı birləşmələrinə yönəlmiş “maksimum təzyiq” kampaniyasına başladı. Pezeşkiyan əvvəlcə Qərblə danışıqlara sələflərindən fərqli olaraq daha çox meylli idi. Lakin fevral ayında ABŞ-ın yenidən sanksiyalara əl atmasından sonra o, daha əvvəl Vaşinqtonla danışıqları “ağılsız, uzaqgörən və biabırçı” adlandıran ali lider Əli Xamneyinin xəttinə əməl edərək sərt mövqe tutdu.
Surxay Əliyev