HƏMAS bildirib ki, işğal altındakı İordan çayının şimalındakı Ariel qəsəbəsi yaxınlığında baş verən silahlı hücum İsrailin davam edən işğalçılığına cavabdır. Hərəkatın bəyanatında İsrailin işğal və cinayətləri davam etdikcə HƏMAS-ın müqavimətinin dayanmayacağı vurğulanır. Bəyanatda həmçinin İsrailə qarşı əməliyyatların gücləndirilməsi, sıraların birləşdirilməsi və İsrail məğlub olana və hücumlarını dayandırana qədər mübarizənin davam etdirilməsi tələb olunur.
Ötən axşam Ariel qəsəbəsi yaxınlığında silahlı basqın olub, nəticədə bir israilli yaralanıb. Ötən həftə isə İsrail Qəzzaya elektrik enerjisi, qida və dərman tədarükünü tamamilə əngəlləyərək HƏMAS-a təzyiqi artırmaq qərarına gəlib. BMT və digər humanitar təşkilatlar bu tədbirlərin beynəlxalq qanunları pozduğunu bildirərək pisləyib. Yanvarın 19-da atəşkəs qüvvəyə minəndən bəri Qəzza zolağında artıq 137 nəfər ölüb.
Surxay Əliyev