Argentina paytaxtının mərkəzində konqres binasının yaxınlığında etiraz aksiyası keçirilib. Burada yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edən təqaüdçülərlə yanaşı, onlara dəstək olmaq üçün gələn futbolsevərlər də iştirak edib. Buenos-Ayresin mərkəzində keçirilən etiraz aksiyası zamanı polis əməkdaşları 150 nəfəri həbs edib. Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullriç “LN+” telekanalına müsahibəsində bildirib ki, nümayişlər zamanı 15 polis əməkdaşı yaralanıb.
Mətləb Salahov