ABŞ senatoru Lindsi Qrem, Kremlin təklif etdiyi 30 günlük atəşkəslə razılaşmadığı təqdirdə Moskvaya qarşı sarsıdıcı sanksiyalar və tarif məhdudiyyətləri tətbiq etməklə hədələyib.
ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem Rusiyanın Ukraynada “30 günlük atəşkəs”lə razılaşacağına ümid etdiyini bildirib və bundan imtina edəcəyi təqdirdə ciddi sanksiyalarla bağlı xəbərdarlıq edib. “Ukrayna ABŞ-ın 30 günlük atəşkəs təklifi ilə razılaşıb. Trampın komandası əladır. Ümid edirəm ki, Rusiya da eyni addımı atacaq. Əgər Rusiya imtina edərsə, biz onlara qarşı sanksiyalar tətbiq etməliyik”, – deyə Qrem X sosial şəbəkəsində yazıb. Senator Konqres tərəfindən nəzərdə tutulan sanksiyalara təkan verməklə hədələyib və Rusiya mallarını, xüsusən də neft, qaz və uranı alan ölkələrə sanksiyalar və tariflər tətbiq edəcək”- deyə Qrem vuröulayıb. "Rusiya Ukraynaya qəddarcasına işğalına görə,keçilməz iqtisadi ağrıları çoxdan hiss etməli idi", - deyə amerikalı siyasətçi vurğulayıb. Martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən görüşdən sonra Ukrayna Rusiyanın oxşar hərəkətləri şərti ilə dərhal 30 günlük atəşkəsə razılaşıb. Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa müvəqqəti atəşkəsin vacib olduğunu deyib və vurğulayıb ki, “bu, heç bir halda dondurulmuş münaqişə ilə bağlı deyil”. Moskva isə təmkinlə reaksiya verir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya “öz mövqeyini formalaşdıracaq”, Rusiya mənbələri isə Reuters agentliyinə isə bildiriblər ki,prezident Vladimir Putin çətin ki, Amerikanın 30 günlük atəşkəs təklifini qəbul etsin.
Surxay Əliyev