Ankaranı “ədalətli və hərtərəfli sülhün” əldə edilməsində potensial əhəmiyyətli oyunçu adlandıran Ukrayna Xarici işlər naziri Andrey Sibiqa hesab edir ki, Türkiyə Ukraynada ədalətli və hərtərəfli sülhün əldə olunmasında mühüm rol oynaya bilər.
Bu kontekstdə Sibiqa xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə hələ 2022-ci ildə Qara dənizdə “taxıl dəhlizi” yaradılıb. Bundan əlavə, Ukraynalı nazirin sözlərinə görə, Türkiyə hərbi əsirlərin azad edilməsi prosesində də fəal iştirak edib. “Türkiyə Avropa qitəsinin ən böyük ordularından birinə malikdir. Və təbii ki, Ukraynada ədalətli və hərtərəfli sülhə nail olmaq üçün gələcək razılaşmalar kontekstində bu rol mütləq olacaq”, - deyə o bildirib. Maraqlıdır ki,Ukrayna Xarici İşlər Nazirliyi rəhbərinin bəyanatı Türkiyə rəsmilərinin Ukraynada sülhün əldə edilməsinə töhfə verməyə hazır olduqları barədə bəyanatları fonunda səslənib. Bundan əvvəl Türkiyə Müdafiə Nazirliyi məlumat vermişdi ki, Ankara lazım gələrsə, Ukraynada sülhməramlı missiyada iştirak məsələsini nəzərdən keçirməyə hazırdır.
Surxay Əliyev