Rusiyalı senator deyir ki, “Real razılaşmalar cəbhədə yazılıb” və Ukrayna ilə istənilən razılaşma Vaşinqtonun deyil, Moskvanın şərtləri ilə olacaq. Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev ABŞ –la Ukrayna arasında mümkün atəşkəslə bağlı razılaşmanı şərh edərək, Moskvanın Vaşinqtonun şərtlərini qəbul etməyəcəyini bildirib. Belə ki,Kosaçev Telegram-da yazıb: "Rusiya irəliləyir və buna görə də Rusiya ilə hər şey fərqli olacaq". Onun sözlərinə görə, istənilən razılaşma “Amerikanın şərtləri ilə deyil” Rusiyanın şərtləri əsasında əldə edilməlidir. “Bui gün orada - cəbhədə real müqavilələr yazılır. Vaşinqtonun da anlamalı olduğu bu olmalıdlr. Qələbə bizim olacaq”, - deyə Rusiya rəsmisi yekunlaşdırıb.
Qeyd edək ki,ABŞ və Ukrayna Ciddədə danışıqlar aparıb, bunun ardınca Kiyev Moskvanın razılaşacağı təqdirdə 30 günlük atəşkəsə hazır olduğunu bildirib. ABŞ prezidenti Donald Tramp isə bildirib ki, Amerika nümayəndə heyəti tezliklə Rusiya nümayəndələri ilə görüşəcək və özü də yaxın günlərdə Vladimir Putinlə vəziyyəti müzakirə edəcəyini gözləyir. Tramp Moskvanın razılığının münaqişənin sona çatması üçün “yolun 75%-i” qət ediləcəyini vurğulayıb, lakin razılaşma olmadan döyüşlərin davam edəcəyi barədə xəbərdarlıq edib. Dövlət katibi Marko Rubio qeyd edib ki, indi “top Rusiyanın meydançasındadır” .Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova yaxın gələcəkdə ABŞ-la təmasları istisna etməyib.
Surxay Əliyev