Amerika startapları və ukraynalı dron istehsalçıları ABŞ ordusu üçün daha effektiv pilotsuz təyyarələr hazırlamaq üçün birləşirlər. Bu barədə The Wall Street Journal məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqonun Ukrayna texnologiyalarına marağı get-gedə artır. Qeyd olunur ki, Amerika startapları milyardlarla dollar xərcləsə də effektiv və ucuz İHA modellərinin yaradılmasında çətinliklərlə üzləşiblər. Bu arada, Ukrayna istehsalçılarının 2023-cü ildə 2 milyondan çox avadanlıq istehsal etdikləri bildirilir. Qəzet vurğulayır ki, ABŞ və Ukrayna arasında pilotsuz təyyarələrin inkişafı sahəsində əməkdaşlığın Ukraynada sülh nizamlanmasına dair danışıqlara baxmayaraq, çox güman ki, davam edəcək.
Surxay Əliyev