TASS xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Komissiyasının sədri Ursula fon der Leyeni Avropanı remilitarizasiya üçün səfərbər edən “Fürer Ursula” adlandırıb. “Ukrayna rejimi” konstitusiyaya NATO üzvlüyünü daxil edəndə, eyni zamanda milli azlıqlar üçün təminat olanda vəziyyət dəyişdi. Onlar bəyan ediblər ki, NATO və Aİ Ukraynanın gələcəyidir. Onlar bu barədə ilk dəfə danışmağa başlayanda Avropa İttifaqı hələ də müəyyən iqtisadi birləşmə görünüşünü saxlayırdı, lakin indi o, bu xüsusiyyətini tamamilə itirib”, deyə rusiyalı nazir amerikalı bloggerlər Mario Naufal, Larri Conson və Endryu Napolitanoya verdiyi müsahibəsində bildirib.
Və əlavə edib ki,“Fürer Ursula” hamını Avropanın yenidən hərbiləşdirilməsi üçün səfərbər edir”. Rusiya XİN rəhbəri qeyd edib ki, söhbət “inanılmaz miqdarda puldan” gedir. “Bir çox insanlar isə hesab edir ki, bu, əhalinin diqqətini COVID-19 pandemiyasına qarşı mübarizə zamanı və Ukraynaya yardımın göstərilməsi zamanı lazımi audit aparılmadan xərclənən on və yüz milyardlarla avrodan yayındırmaq üçün bir hiylədir. "Hazırda bütün bunlar müzakirə olunur", - deyə Lavrov vurğulayıb.
Surxay Əliyev