Putin yenə cığallıq edir

ABŞ, Avropa və Ukraynanın sülhməramlı siyasəti indi mümkün sıçrayış nöqtəsindədir.Lakin bu sürətli təkamül Rusiyanın mövqeyinin statik təbiəti ilə kəskin ziddiyyət təşkil edir. Və bu cür inadkar qətiyyət mövcud olduğu müddətcə sülh naminə mümkün kompromislərin hər hansı müzakirəsinin qarşısını alır. Rusiya prezidenti Vladimir Putin müharibəni bitirməyə hazır olduğunu bəyan edir, lakin hər hansı bir güzəştdən imtina etmək üçün bütün bəhanələrdən istifadə edir. Putinin bu istiqamətdə son cəhdi Vətən Müdafiəçiləri Fondunun qadınları ilə görüşü olub. Görüş zamanı Putin deyib: “Bizə aid olmayana ehtiyacımız yoxdur, amma özümüzə aid olandan da əl çəkməyəcəyik”
Surxay Əliyev