İran prezidenti Trampın nüvə sazişi və ya problemin həlli üçün “hərbi yol”la bağlı ultimatumuna cavab olaraq ABŞ - la danışıqları rədd edib. İran prezidenti Məsud Pezeşkian Vaşinqtonla danışıqların mümkünlüyünü qəti şəkildə rədd edərək, ölkəsinin təzyiq altında dialoqa getməyəcəyini deyib. “Əmr verirlər, hədələyirlər. Heç səninlə danışmayacam. İran dövlət mediasının məlumatına görə, Pezeşkian “Nə istəyirsən et” deyib. Bundan əvvəl İranın ali dini lideri Ayətullah Əli Xamenei də Tehranın təzyiqlərə boyun əyməyəcəyini vurğulayıb. Onun bəyanatı ABŞ prezidenti Donald Trampın yeni nüvə sazişi üzrə danışıqları bərpa etməyi təklif edən məktub göndərdiyini elan etməsindən sonra verilib. Tramp razılaşmaya açıq olduğunu bildirsə də, o, İranı iqtisadi cəhətdən təcrid etmək və neft ixracını azaltmaq məqsədi ilə sərt sanksiyalar tətbiq edərək, “maksimum təzyiq” kampaniyasını davam etdirdi. “Fox Business”ə müsahibəsində Tramp deyib ki, İranın iki variantı var: ya hərbi variant, ya da nüvə silahı hazırlamaqdan çəkindirəcək razılaşma. Tehran isə dəfələrlə nüvə silahı yaratmaq istəyini təkzib edib, lakin BAEA bildirir ki, İran son vaxtlar uranın zənginləşdirilməsini 60%-ə çatdırıb və bu, silah səviyyəsinə yaxındır.
Surxay Əliyev