Polşanın baş naziri Donald Tusk Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə martın 12-də Ankaraya gələcək. Danışıqların əsas mövzuları ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivləri, eləcə də Polşanın Aİ Şurasına gələcək sədrliyi kontekstində Türkiyə ilə Aİ arasında münasibətlər olacaq. Liderlərin Rusiya-Ukrayna müharibəsi və transatlantik münasibətlərin gələcəyini müzakirə edəcəyi də gözlənilir. Tusk daha əvvəl vurğulamışdı ki, Polşa müdafiəsini gücləndirmək üçün “qeyri-standart formatları” nəzərdən keçirir və Türkiyə bu səylərdə əsas tərəfdaşdır. Onun səfəri Donald Trampın ABŞ-ın Avropa qarşısındakı hərbi öhdəliklərinə mümkün yenidən baxılması ilə bağlı açıqlamasından sonra Aİ-də təhlükəsizliklə bağlı müzakirələr fonunda baş verir.
Surxay Əliyev