Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkinlə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Ratkliff telefonla iki kəşfiyyat orqanı arasında ümumi maraq doğuran məsələləri və böhranın idarə edilməsi üzrə qarşılıqlı fəaliyyət fəaliyyətini müzakirə ediblər. Bu barədə SVR-ın mətbuat bürosunun məlumatında deyilir. Mətbuat xidmətinin məlumatında deyilir:- “2025-ci il martın 11-də Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Ratkliff arasında telefon danışığı olub. Söhbət zamanı iki xüsusi xidmət orqanının ümumi maraq kəsb edən sahələrdə qarşılıqlı fəaliyyəti və böhranlı vəziyyətlərin həlli məsələləri müzakirə edilib”/
Xatırladaq ki, bir gün əvvəl Ukrayna və Amerika nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında danışıqlar aparılıb və bu danışıqlarda Kiyev 30 günlük atəşkəsə razılaşıb. Buna cavab olaraq ABŞ Ukraynaya hərbi yardımı bərpa edir.
Surxay Əliyev