Rusiya qoşunları Odessanın liman infrastrukturuna hücum edib. Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Odessa limanında raketin gəmiyə dəydiyi anı yerli Telegram kanalları dərc edib. Buğda daşıyan Barbados bayraqlı yük gəmisi zədələnib. Yük gəmisinin 4 dənizçisi Odessaya raket zərbəsi endirilməsi nəticəsində həlak olub. Təyyarədə 12 ekipaj üzvü olub. Zərbənin ballistik raketlə həyata keçirildiyi iddia edilir.
Surxay Əliyev