“The New York Times” qəzeti İlon Maskla bağlı yeni xəbər yayıb. Nəşrin yazdığına görə, Hökumətin Fəaliyyətinin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən amerikalı sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampın nəzarətində olan üçüncü tərəf siyasi təşkilatına 100 milyon dollar sərmayə qoymağı planlaşdırır. Onların məlumatlarına görə, Mask və Trampın ortaqları son günlər iş adamının Amerika liderinin nəzarətində olan qrupa maliyyə ayırması barədə danışıblar. Qəzet yazır ki, Mask ABŞ Prezidentinin xarici təşkilatına bu qədər böyük siyasi töhfələr verən ilk Ağ Ev əməkdaşı olacaq.
Mətləb Salahov