Ukrayna Prezidenti Volodimir Zelenski xalqa axşam müraciətində bəyan edib ki, Ukrayna və Rusiya arasında 30 günlük atəşkəs rejimi təkcə raket və dron hücumlarını deyil, həm də bütün cəbhə xətti boyunca döyüş əməliyyatlarını əhatə etməlidir. “Biz razıyıq və əgər Rusiya razılaşarsa, o zaman atəşkəs başlayacaq”, - deyə Prezident bildirib.
Prezident vurğulayıb ki, 30 günlük atəşkəsə əməl olunarsa, Kiyev öz tərəfdaşları ilə birlikdə uzunmüddətli sülh və təhlükəsizliyə zəmanət verəcək işçi sənədlər hazırlaya biləcək.
“Ukrayna sülhə hazırdır. Rusiya da müharibəni bitirməyə və ya müharibəni davam etdirməyə hazır olduğunu nümayiş etdirməlidir. Həqiqətin vaxtı çatıb”-Ukrayna lideri bəyan edib.