İlk öncə sülhə nail olmaq, sonra isə onu qorumaqdan danışmaq lazımdır. Sülh sazişi bağlanandan sonra isə Ukrayna üçün təhlükəsizlik təminatı məsələsinə baxılmalıdır. Bu fikri NATO-nun baş katibi Mark Rutte deyib.Düşünürəm ki, prezident Tramp haqlıdır ki, biz sülhü qoruyub saxlamaq üçün ilk növbədə sülhə nail olmalıyıq. Və hələlik sülh yoxdur", - deyə Rutte bildirib. Baş katib həmçinin əlavə edib ki, həm Ukrayna, həm də Rusiya ilə danışıqlara başlamaq məsələsində həqiqətən də Amerika prezidentinin sayəsində problemdə “sıçrayış” baş verdi.
Surxay Əliyev