Fransanın müdafiə naziri Sebastien Lekornı yaxşı silahlanmış Ukraynanın Avropanın gələcək təhlükəsizliyinin təmin edilməsində əsas amil olacağını deyib və onun demilitarizasiyası ilə bağlı istənilən ideyanı rədd etməyə çağırıb. Müdafiə naziri Sebastyen Lekornunun fikirlərini The Guardian sitat gətirir. Martın 11-də nazir 30-dan çox ordu başçısını bir araya gətirən Müdafiə və Strategiya üzrə Paris Forumunu açıb. Görüşün əsas mövzusu Rusiya ilə mümkün sülh yolu ilə nizamlanma çərçivəsində Ukraynaya dəstək olub. LeKornI qeyd edib ki, Avropa həm Soyuq Müharibədən, həm də aparıcı güclərin nüfuz uğrunda yarışdığı “sülh dividendləri” dövründən fərqlənən yeni tarixi dövrə qədəm qoyub. ABŞ-ın mövqeyinə toxunan nazir vurğulayıb ki, forumdaKI müzakirələr NATO-nun şərq cinahının müdafiəsinə təsir göstərəcək.Ukrayna ilə bağlı İSƏ Lekorn deyib ki, Rusiyanın “bu cür razılaşmalara əməl etməmək kimi ənənəsi” olduğunu nəzərə alaraq, mümkün atəşkəsi diqqətlə planlaşdırmaq lazımdır.
Surxay Əliyev