ABŞ-ın vitse-prezidenti deyir ki, onun həyatını təhlükəyə atmamaq üçün əmisi oğlunun xidməti haqqında heç vaxt danışmayıb.ABŞ-ın vitse-prezidenti J.D.Vens əmisi oğlu Neyt Vensin Ukraynadakı müharibədə iştirakını şərh edərək “Fox News” telekanalında açıqlama verib. Vitse-prezident deyib ki, o, heç vaxt əmisi oğlunun xidməti haqqında açıq danışmamışdır, çünki onun “həyatını olduğundan daha çox təhlükəyə atmaq istəmirdi”. Bununla belə Vens əmisioğlunun onun haqqındakı tənqidlərinə cavab verməkdən imtina edib və Neytin onunla əlaqə qurmaq üçün "uğursuz cəhdindən" danışıb. "Onun tənqidinə gəlincə, onunla açıq şəkildə mübahisə etmək istəmirəm, lakin bir məsələyə aydınlıq gətirməyə ehtiyac duyuram: onun mənimlə əlaqə saxlamaq cəhdi uğursuz oldu. Başa düşə bilmirəm ki, niyə Neyt müntəzəm əlaqə saxladığım anası, atası və ya bacısı ilə deyil, Senatdakı ofisimlə əlaqə saxlamağı seçdi", - deyə Vens bildirib. ABŞ-ın vitse-prezidenti əlavə edib ki, “həmişə Neti tanıdığım ən güclü insan hesab etmişəm” və “onunla danışmağa həmişə şad olaram”.
Surxay Əliyev