Ukrayna və Amerika nümayəndə heyətləri arasında keçirilən görüşdən sonra yaranan fasilə zamanı ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz danışıqların gedişini qısa şəkildə şərh edib. CNN xəbər verir ki, Dövlət katibi Marko Rubio və Mayk Uolz Ciddədə ABŞ və Ukrayna rəsmiləri arasında danışıqların aparıldığı otelin foyesini gəziblər. Telekanalın görüşün necə keçdiyi ilə bağlı sualına Volz belə cavab verib: “Biz məqsədə doğru irəliləyirik”. Telekanalın məlumatına görə, günün əvvəlində isə yüksək rütbəli Ukrayna rəsmisi danışıqların "çox konstruktiv başladığını" deyib. Ukrayna Xarici İşlər Nazirliyi daha əvvəl qeyd etmişdi ki, Ukrayna və ABŞ arasında Səudiyyə Ərəbistanında aparılan danışıqlar ikitərəfli münasibətlərə və sülh yoluna aid olacaq. Rubio bazar ertəsi, martın 10-da deyib ki, Ukrayna müharibəni dayandırmaq üçün istənilən razılaşmanın bir hissəsi kimi Rusiyanın 2014-cü ildən bəri ələ keçirdiyi ərazilərdə güzəştə getməli olacaq. KİV-in məlumatına görə, Ukrayna ABŞ-a havada və dənizdə müvəqqəti atəşkəs planını təklif edəcək.
Surxay Əliyev