Ağ Ev Donald Trampın 50 gün ərzində Ukraynadakı müharibəni həll etmək üçün Səudiyyə Ərəbistanında apardığı danışıqlardan ibarət 50 “qalibiyyət” siyahısını dərc edib. “Qələbə heç vaxt dayanmır və Prezident Tramp yeni başlayır. Budur, Trampın prezidentliyinin ilk 50 günündə Amerika xalqının 50 qələbəsi”, – deyə Ağ Evin bəyanatında deyilir. “Qələbələr” siyahısında 16-cı yerdə Trampın dünya sülhünə nail olmaq səyləri dayanır. “Prezident Tramp Rusiya və Ukraynanı danışıqlar masasına oturtdu, Səudiyyə Ərəbistanında tarixi sülh danışıqları apardı və sülhün ardınca getdi” – deyə Ağ Evin bəyanatında digər “qələbələrdən” söhbət gedir.
Martın 11-də Ciddədə Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı danışıqlar başlayıb. Onlar Amerika tərəfi ilə ruslar arasında fevralın 18-də Ər-Riyadda keçirilən danışıqlar fonunda baş verir.Yəqin ki,bu görüş də Ağ evin qələbələr siyahısına daxil ediləcək.
Surxay Əliyev