Ciddədə Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqlar başlayıb. ABŞ hələ də Kiyevin hansı güzəştlərə gedə biləcəyini görmək istəyir. Sky News xəbər verir. "Görünür, ukraynalılar kifayət qədər ağrılı güzəştlərə getməli olacaqlar, lakin ümid odur ki, bu danışıqlar başa çatdıqdan sonra atəşkəsin hansı formada olacağını görüb anlayacağıq", - deyə Sky News müxbiri bildirib. Özəl olaraq ABŞ rəsmiləri Ukraynanın ölkə sərhədlərinin 2014-cü ilə (Rusiyanın Krımı və Donbasın bir hissəsini işğal etməsindən əvvəl) və ya 2022-ci ilə (Moskvanın genişmiqyaslı işğalından əvvəl) qaytarılması ilə bağlı hər hansı tələbini “eşitmək istəmədiklərini” bildiriblər. Ukrayna Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi artıq bəyan edib ki, “Səudiyyə Ərəbistanındakı danışıqlar prosesində Rusiyanın hərbi təcavüzünə başlamazdan əvvəl Ukraynanın mövcud olan sərhədlərə qayıtması məsələsi istisna edilib” məlumatı həqiqətə uyğun deyil. "Bu məsələ ümumiyyətlə qaldırılmayıb"
Xatırladaq ki, Ciddədə (Səudiyyə Ərəbistanı) Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlayıb. Danışıqlardan əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirib ki, sülh sazişinin bir hissəsi olaraq Ukrayna ələ keçirdiyi əraziləri Rusiyaya verməli olacaq. 2024-cü ilin payızında ukraynalıların 32%-i hesab edirdi ki, tezliklə sülhə nail olmaq və müstəqilliyini qorumaq üçün Ukrayna öz ərazilərinin bir hissəsindən imtina edə bilər. Eyni zamanda, əksəriyyət (58%) Rusiyaya istənilən ərazi güzəştinə qarşı çıxıb. Eyni zamanda, ukraynalıların 63%-i müharibəyə lazım olan qədər dözməyə hazır olduğunu bildirib..
Surxay Əliyev