ABŞ-ın vitse-prezidenti J.D.Vensin əmisi oğlu, amerikalı könüllü Neyt Vens cəbhədə rusların qanlı taktikalarının şahidi olduğunu deyib. Onun gözləri qarşısında işğalçılar geri çəkilən öz əsgərlərini öldürürdülər. Bu barədə Neyt Vens CNN telekanalında danışıb. Onun sözlərinə görə, bu taktika artıq Rusiya siyasətinin tərkib hissəsinə çevrilib. "Mən onların (rusların) öz əsgərlərinə atəş açmasının şəxsən şahidi olmuşam. Bu hallar o qədər tez-tez olurdu ki, bunu tək-tək hadisə adlandırmaq çətindir. Bu, əsgərlər geri çəkilərsə, rusların siyasəti sayıla bilər. Bir sözlə bu adamlar özlərininkini "yeyirlər"... Onlar bizim nə düşündüyümüzə əhəmiyyət vermirlər. Onlar bizim müttəfiqimiz deyillər ", - ABŞ vitse-prezidenti J.D.Vansın əmisi oğlu Neyt bildirib.
Surxay Əliyev