Bu barədə Bloomberg-ə məlumatlı şəxslər məlumat verib. Adının çəkilməsini istəməyən məsələ ilə tanış olan insanların sözlərinə görə, Witkoff bu həftə Moskvaya getməyi planlaşdırır, hansı ki,bu, Trampın xüsusi elçisi kimi onun Rusiyaya ikinci səfəridir. Səfərin dəqiq nə vaxt baş tutacağı açıqlanmır. Onun səfəri Ukrayna rəsmiləri ilə dövlət katibi Marko Rubio və milli təhlükəsizlik müşaviri Mayk Valz arasında Səudiyyə Ərəbistanında danışıqlarla sinxronlaşdırılacaq. Bazar günü Tramp deyib ki, ABŞ Ukrayna və Rusiya ilə “böyük görüşləri” səbirsizliklə gözləyir. Xatırladaq ki, daha əvvəl CNN ABŞ-ın bu həftə Səudiyyə Ərəbistanında təkcə Ukrayna rəsmiləri ilə deyil, həm də Rusiya rəsmiləri ilə görüşəcəyini bildirmişdi. Lakin sonradan Rusiya Xarici İşlər Nazirliyi bəyan etdi ki, bu həftə Rusiya və ABŞ arasında Səudiyyə Ərəbistanında danışıqların yeni mərhələsi planlaşdırılmır.
Surxay Əliyev