Avropa ölkələri nümayiş etdirmək istəyirlər ki, onlar sülh sazişi bağlanandan sonra Ukraynanın təhlükəsizliyinə görə məsuliyyəti öz üzərlərinə götürməyə hazırdırlar. Bu barədə Associated Press-in Fransa hərbi rəsmisinə istinadən verdiyi məlumata görə, ABŞ nümayəndə heyəti Ukraynanın təhlükəsizliyini təmin etmək üçün beynəlxalq qüvvələrin yaradılmasını müzakirə etmək üçün martın 11-də Parisdə keçiriləcək hərbi rəsmilərin sammitinə dəvət edilməyib. Bununla avropalılar mümkün atəşkəsdən sonra Ukraynada sülhün qorunmasına görə məsuliyyəti öz üzərlərinə götürməyə qadir olduqlarını nümayiş etdirmək istəyirlər. Beləliklə Sammitdə ABŞ istisna olmaqla, NATO-ya üzv olan 32 ölkənin demək olar ki, hamısının qərargah rəisləri və ya onların nümayəndələri iştirak edəcək. Sammitin əsas mövzusu Fransa və Böyük Britaniya tərəfindən yaradılması təklif edilən beynəlxalq təhlükəsizlik qüvvələrinin hərbi əməliyyatların dayandırılmasından sonra işğalçı ölkə Rusiyanın təkrar genişmiqyaslı hücumunun qarşısının necə alınacağı ilə bağlı müzakirələr olacaq. Fransa hökumət rəsmisi AP-yə deyib ki, Rusiya atəşkəsi pozarsa, Ukraynanın müdafiəsini gücləndirmək üçün təhlükəsizlik qüvvələrinə ağır silahlar və strateji silah ehtiyatları daxil ola bilər. “Daha dəqiq və konkret” müzakirələr də planlaşdırılır. Lakin sammitdə yekun qərarı siyasi səviyyədə dövlət başçıları verəcək.
Surxay Əliyev