Pittsburq Universitetinin professoru, Timofey Milovanov ABŞ-da Ukraynaya münasibətin necə sürətlə dəyişdiyini izləyib. Bu niyə baş verir və niyə Vaşinqtonda Ağ evdə alqış əvəzinə Zelenskini nifrətlə qarşıladılar. Bu barədə Timofey Milovanov Radio NV-yə müsahibəsində danışıb. Jurnalistin Siz Vaşinqtonda çox vaxt keçirmisiniz, çoxlu insanlarla görüşmüsünüz. Amerikalılar yeni Donald Tramp administrasiyasının Ukraynaya münasibətdə kursun bu qədər kəskin dəyişməsi haqda nə deyir və necə reaksiya verirlər?sualını cavablandıran Timofey Milovanov deyib ki, amerikalıların əksəriyyəti şokdadır. Mən Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarovanın yanında idim və onun kabineti deyərdim ki,amerikalıların ABŞ üçün üzr istəyən məktubları ilə doludur. Və keçirdiyim hər görüş amerikalıların “Bizim davranışımıza görə çox üzr istəyirəm, bu, strateji tərəfdaşa xəyanətdir” söhbəti ilə başlayır. Bu, şəxsən mənim rastıma çıxanlardır amma bildiyimə görə, insanların çoxu bu barədə danışır.
Surxay Əliyev