The Telegraph yazır:- Oval Ofis davasından tutmuş Moskva ilə flörtə qədər hər şey Kellogqun keçən il apreldə yazdığı planın bir hissəsidir. ABŞ-ın Ukraynaya silah və kəşfiyyat tədarükünü dayandırmaq qərarı, həmçinin Oval kabinetdə Vladimir Zelenski ilə Donald Tramp arasında mübahisə Qərb müttəfiqlərinin qəzəbinə səbəb oldu. Bununla belə, bəlkə də onlar bundan təəccüblənməməlidirlər, Qəzet yazır: “Trampın Ukraynanı tabe etmək və onu sülh danışıqlarına məcbur etmək taktikası xüsusi elçi Keyt Kelloqun ötən ilin yayında dərc etdirdiyi, Ukraynaya hərbi yardımın kəsilməsinin ardınca Kiyevi danışıqlara məcbur etmək üçün istifadə olunan plana uyğundur”.
Artıq qətlləri dayandırmağın vaxtıdır. ABŞ atəşkəs və münaqişənin danışıqlar yolu ilə həllinə nail olmağı planlaşdırır. Birləşmiş Ştatlar Ukraynanı silahlandırmaqda və onun müdafiəsini gücləndirməkdə davam edəcək. Bununla belə, Amerikanın gələcək hərbi yardımı Ukraynanın Rusiya ilə sülh danışıqlarında iştirakını tələb edəcək. Həqiqətən də nə baş verir Planın bu hissəsi əslində Kelloqun dediyi kimi gerçəkləşdi. Tramp Putinlə sülh danışıqlarına başladı, sonra isə Vladimir Zelenskini danışıqlar masasına dəvət etdi. Kiyev və Vaşinqton faydalı qazıntılar haqqında saziş bağlayarkən silahlar su kimi axırdı. Lakin Oval kabinetdəki dramatik qalmaqaldan sonra Tramp Zelenskini müharibəni bitirməyə hazır olmamaqda ittiham etdi. Bundan sonra ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarını mübadiləsini dayandırdı. Kelloqun özünün keçən həftə dediyi kimi, silah təchizatının kəsilməsi və kəşfiyyat məlumatlarının paylaşılması “qatırın burnuna çubuqla vurmağa” bənzəyir.
Surxay Əliyev