ABŞ prezidenti Donald Tramp gələn ayın əvvəlində Çinə səfər edə bilər.Bu barədə mənbələr South China Morning Post-a bildiriblər. Qeyd olunur ki, Amerika lideri Ağ Evə qayıtdıqdan sonra diqqətini Pekinlə razılığa gəlməyə cəmləyib. Mənbələr bildiriblər ki, hər iki ölkənin prezidentləri qarşı tərəfin səfərini diplomatik zəfər kimi təqdim etmək istəyirlər, lakin ilkin müzakirələr Trampın Çinə səfəri üzərində qurulub. Mümkün səfərlə bağlı müzakirələrin nə qədər irəlilədiyi bəlli deyil. Çinli mənbələrdən biri bildirib ki, “Pekin rəsmilərinin indi Vaşinqtondakı həmkarları ilə ünsiyyət qurması Bayden administrasiyası dövründə olduğundan daha çətindir, çünki Vaşinqtonda köklü dəyişikliklər gedir”.
Surxay Əliyev