Ukrayna prezidenti Zelenski ABŞ prezidentinə məktub göndərərək Oval kabinetdə baş verən bütün insident üçün üzr istəyib. Bu barədə ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Fox News telekanalının efirində bildirib. "Düşünürəm ki, bu, vacib addım idi və komandalarımızla bu müzakirədə iştirak edən ukraynalılar və avropalılar arasında çoxlu müzakirələr oldu", - deyə o, bunu "tərəqqi" adlandırıb.
Martın 11-də ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar Səudiyyə Ərəbistanında baş tutacaq. Bu görüşün iştirakçılarından biri olacaq Vitkoffun sözlərinə görə, ABŞ Ukrayna ilə danışıqlarda "əhəmiyyətli irəliləyiş" gözləyir və Ukraynanın mineral ehtiyatlarına çıxışla bağlı sazişin imzalanmasına ümid edir.
Surxay Əliyev