ABŞ administrasiyasından şok Ukrayna açıqlaması yayılıb. Belə ki, “The New York Times” qəzetinin yazdığına görə, ABŞ-ın dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanına uçuş zamanı jurnalistlərə maraqlı açıqlama verib. Dövlət Departamentinin rəhbəri bəyan edib ki, Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması son dərəcə çətin olacaq. “Düşünürəm ki, hər iki tərəf bu vəziyyətin hərbi həllinin olmadığını anlamalıdır”, – o deyib. Rubionun sözlərinə görə, “aydındır ki, Ukraynanın rusiyalıları hər hansı bir ağlabatan müddət ərzində 2014-cü ildə olduqları yerə qaytarması çox çətin olacaq”.
Mətləb Salahov