Bu gün biz bu kritik anı yaşayarkən yeni təhlükə ilə üz-üzəyik: “keçmiş rejimin qalıqları və onların xarici havadarları” tərəfindən Suriyada yeni nifaq salmaq və ölkəmizi vətəndaş müharibəsinə sürükləmək cəhdləri var. BBC-nin xəbərinə görə,bunu Suriyanın lideri əl-Şaraa deyib.
Onun sözlərinə görə, “məqsədləri bizi parçalamaq, birliyimizi və sabitliyimizi məhv etməkdir”. “Lakin biz bir daha təsdiq edirik ki, biz dinc əhalinin qanının tökülməsində əli olanların və ya xalqımıza zərər vuranların hamısını sərt şəkildə və heç bir güzəşt etmədən ədalət məhkəməsinə verəcəyik”, - deyə Suriya lideri bildirib. "Dövlət səlahiyyətlərini aşan və ya hakimiyyətdən şəxsi maraqları üçün istifadə edən insanlar da cəzasız qalmayacaqlar ", - deyə Əhməd Əl Şaara qeyd edib.
Surxay Əliyev