Cəbhədəki son durumu şərh edən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski bildirib ki, Kursk vilayətində vəziyyət Ukrayna Müdafiə Qüvvələrinin nəzarəti altında qalmaqda davam edir.Lakin onlar “elektron müharibə və pilotsuz komponent” ilə daha da gücləndirilməlidir. “Şimali Koreya piyadaları tərəfindən gücləndirilmiş hücuma xeyli sayda rus hərbçisinin cəlb edilməsinə baxmayaraq, düşmən canlı qüvvə və texnika baxımından xeyli itki verir. Təkcə Plexovoye ərazisində dörd günlük döyüşdə düşmən faktiki olaraq bir piyada batalyonu qədər itki verdi. Ukrayna ərazisinə soxulmağa cəhd edən düşmənin ayrı-ayrı diversiya-kəşfiyyat qrupları və kiçik piyada dəstələri əvvəllər yaradılmış müdafiə sistemi sayəsində qoşunlarımızın atəş gücü ilə məhv edilir. Mən yerindəcə qrupumuzu lazımi qüvvə və vasitələrlə, xüsusən də elektron müharibə və pilotsuz komponentlə gücləndirmək qərarına gəlmişəm" – deyə Sırski bildirib və əlavə edib ki,Kursk vilayətində Ukrayna bölmələrinin mühasirəyə alınması təhlükəsi yoxdur: "Birliklər sərfəli müdafiə xətlərinə manevr etmək üçün vaxtında tədbirlər görürlər".
Surxay Əliyev