SANA xəbər verir ki, Suriya Müdafiə Nazirliyinin sözçüsü Həsən Əbdül-Qani artıq sahildə Əsəd tərəfdarlarına qarşı “hərbi əməliyyatın” başa çatdığını açıqlayıb. “Biz indiki mərhələdə qarşıya qoyulan bütün məqsədlərə çatdığımıza görə, Allaha şükürlər olsun ki,bu gün qüvvələrimizin uğurunu, eləcə də xalqımızın əzmini bəyan edə bilirik”, - deyə o qeyd edib. “Əsəd tərəfdarlarının qalıqlarının hücumlarını dəf etmək, onların həyati mərkəzlərə yaxınlaşmasının qarşısını alaraq əhalinin təhlükəsizliyini təmin edə bilmişik” .- deyə Əbdül-Qani qeyd edib: “Qüvvələrimiz Latakiya əyalətinin Əl-Muxtariya, Əl-Mzera, Əz-Zobar bölgəsi və digər bölgələrdə, eləcə də Tartus əyalətinin Əd-Dəliah, Tanita və Əl-Qadmous şəhərlərində əhalinin təhlükəsizliyini təmin edərək, Əsəd tərəfdarlarının qalıqlarını zərərsizləşdirməyə nail olub bu isə Tartus bölgəsində təhlükəsizliyin təmin edilməsinə imkan verib”- deyə vurğulayan Əbdül-Qəni daha sonra sözlərinə əlavə edib: “Əsəd tərəfdarlarının qalıqlarına mesajımız aydın və birmənalıdır: əgər siz geri dönsəniz, biz də geri qayıdacağıq və siz qarşınızda yalnız geri çəkilməyi bacarmayan və əlləri günahsızların qanına bulaşmış insanlara aman verməyən insanları görəcəksiniz”.
Surxay Əliyev