Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Anitta Hipper Suriyanın yeni administrasiyasının martın 17-də Brüsseldə keçiriləcək Suriya üzrə 9-cu Brüssel Donorlar Konfransına dəvət edildiyini təsdiqləyib.
Hipper AB Komissiyasının gündəlik mətbuat konfransında Suriyadakı son hadisələrlə bağlı sualları da cavablandırıb. O, martın 6-da Latakiyada baş verən hadisələrdən sonra Aİ-nin Suriya administrasiyasına münasibətinin dəyişib-dəyişmədiyi və martın 17-də keçiriləcək 9-cu Brüssel Donor Konfransına Suriya administrasiyasına edilən dəvət haqda jurnalistlərin suallarını cavablandırıb. “Biz hamımız Suriyada sabitliyin olmasında maraqlıyıq. Bu istiqamətdə işlərin aparılması vacibdir və bu, yalnız inklüziv keçidlə baş verə bilər ", - deyə Hipper qeyd edib. Suriya hökuməti adından xarici işlər naziri Əsəd Həsən Şeybaniyə dəvət göndərilib-göndərilmədiyi ilə bağlı suala Hipper müsbət cavab verib: “Bəli, dəvət göndərilib”. AB mənbələrindən alınan ilkin məlumata görə, Suriya lideri Əhməd Şaaraya da dəvət göndərilib. AB Şurasının sədri Antonio Kosta keçən həftə Misirin paytaxtı Qahirədə Ərəb Liqasının Qəzza üzrə sammiti çərçivəsində Əhməd Şaraa ilə görüşüb və sosial mediada paylaşdığı paylaşımda yeni rəhbərliklə Brüsseldə keçiriləcək konfransda görüşməyi səbirsizliklə gözlədiyini açıqlayıb.
Surxay Əliyev