ABŞ Dövlət Departamenti Vaşinqtonun Konqo Demokratik Respublikasının (KDR) mineral ehtiyatları ilə maraqlandığını və mineralların çıxarılması sahəsində tərəfdaşlığın müzakirədə maraqlı olduğunu bildirib.
Konqoda böyük kobalt, litium və uran ehtiyatları var, lakin bölgə geniş əraziləri ələ keçirmiş M23 yaraqlılarının hücumlarından əziyyət çəkir. İndi Kinşasa yeni investorlar axtarır və Amerika rəsmiləri Vaşinqtonun Ukrayna ilə müzakirə etdiyi müqavilələrə oxşar sövdələşmələri nəzərdən keçirir. Dövlət Departamentinin sözçüsü Konqonun dünyanın strateji resurslarının əhəmiyyətli bir hissəsinə nəzarət etdiyini bildirib.Konqo rəsmiləri hələ konkret təkliflər irəli sürməyiblər, lakin tərəfdaşlıqları şaxələndirmək istəklərini təsdiqləyiblər. Vaşinqtonun marağına baxmayaraq, ABŞ-da Çin kimi Konqo mineral istehsalında üstünlük təşkil edən dövlət şirkətləri yoxdur. Ekspertlərin fikrincə, Konqo Amerika kapitalını cəlb etmək istəyirsə, o, sadəcə güzəştlərə getmək yox investorlarıcəlb etmək üçün yaradıcı yollar axtarmalıdır. Məlum olduğu kimi, Çin və ABŞ dünyanın iki ən böyük iqtisadiyyatı olan ölkə olaraq Afrikanın resursları üzərində faktiki olaraq ticarət müharibəsi aparırlar. Bununla belə, hazırda Çin böyük fərqlə liderdir. 2023-cü ildə Çinin Afrikadakı ümumi iqtisadi iştirakı 21,7 milyard dollar olaraq dəyərləndirilir ki, bunun da 8-10 milyard dolları mineral layihələrinə yönəldilib. İqtisadi Təhlil Bürosunun məlumatına görə, ABŞ isə 2023-cü ildə Afrikaya cəmi 7,4 milyard dollar sərmayə qoyub, ABŞ-ın kritik minerallara sərmayəsi 300 milyon dollardan bir qədər azdır ki, bu da həmin il ABŞ-ın qitədəki ümumi investisiyasının yalnız 4%-ni təşkil edir.
Surxay Əliyev