Xalq üsyanı nəticəsində Bəşər Əsəd hakimiyyətdən kənarlaşdırıldı və diktator Moskvaya sığındı. Digəl ki, bəlkə də qaytardılar eşqinə düşən Əsəd qüvvələri ölkədə qarmaqarışıqlıq salaraq hakimiyyət qüvvələrinə qarşı silahlı basqınlar təşki edirlər. Və bütün bunların fonunda isə erməni mediası Suriyada baş verənləri diqqətdə saxlayır və hadisələrə özünə xas şəkildə yanaşır. Görün Ermənistanın News.am nəşri Suriyada baş verənlərlə bağlı nə yazır. Belə ki,nəşr qeyd edir ki, Suriyada dinc əhaliyə qarşı qırğınlar Türkiyənin himayə etdiyi silahlı qruplar tərəfindən həyata keçirilir. Bunu Suriya kürdlərini təmsil edən “Suriya Demokratik Qüvvələri”nin komandanı Mazlum Kobani deyib. Türkiyənin “Demokrathaber” saytının verdiyi məlumata görə, Kobani mülki əhaliyə qarşı qırğınları pisləyib və Suriya hakimiyyətini bütün bunların qarşısını almağa çağırıb.
İndi baxaq görək özünü “Suriya Demokratik Qüvvələri”nin komandanı Kobani kimdir. Erməni nəşrinin az qala qəhraman kimi qələmə verdiyi Kobani özü terrorçu yox, terrorçu başıdır. Və əsil simasını qulağa cingiltili gələn “Suriya Demokratik Qüvvələri” adlı təşkilatın arxasında gizlətməyə çalışır. Hansı ki, “Suriya Demokratik Qüvvələri” sadəcə olaraq terror təşkilatı PKK-nın uzantısıdır, Kobani isə həmin qurumun başcısıdır. PKK isə öz xislətinə görə qəhrəmanı terrorçu Monte Melkonyan olan ermənilərlə ətlə dırnaq kimidir. Surxay Əliyev