Antiazərbaycan və antürk mövqeyilə tanınan radikal “Ayakve” vətəndaş qrupu Ermənistan Xarici İşlər Nazirliyini Suriya ermənilərinin öz vətənlərinə qayıtmasını təşkil etmək üçün çağırış edib. Bu barədə “Ayakve”nin bəyanatında deyilir.
Revanşist “Ayakve”çilər xatırladırlar ki, hələ 2024-cü ilin dekabrında onlar Suriyada hakimiyyət dəyişikliyindən sonra yaranmış vəziyyətdən və xüsusən də erməni icmasının taleyindən ciddi narahat olduqlarını bildiriblər. Daha sonra onlar Xarici İşlər Nazirliyini Suriyanın indiki hakimiyyət orqanlarından yerli ermənilər üçün təhlükəsizlik təminatları almaq, habelə Ermənistan Respublikası Konstitusiyasının 19-cu maddəsinə uyğun olaraq onların repatriasiyası üçün hakimiyyəti danışıqlara başlamağa çağırıblar. Bəyanatda qeyd olunur ki, təşəbbüs qrupu üzvlərinin xəbərdarlıqları haqda ssenari reallığa çevrilib. Qrup üzvəri iddia edirlər ki,Suriyanın sahilyanı bölgələrində hakimiyyət dəyişikliyindən sonra repressiyalar başlayıb ki, bu da, ələvilər və xristianlar arasında etirazlara səbəb olub. Buna cavab olaraq Türkiyəyönlü hökumətə sadiq silahlı qruplar dinc əhaliyə qarşı kütləvi qətllər və işgəncələr təşkil ediblər. Qurbanlar arasında Suriya erməniləri də var və zorakılıq ermənilərin yaşadığı digər bölgələrə də keçə bilər. “Ayakve” həmçinin Ermənistan hakimiyyətini Suriyadakı kritik vəziyyəti müzakirə etmək və zorakılığın dayandırılması üçün təsirli tədbirlər görmək üçün beynəlxalq tərəfdaşlarla birlikdə BMT Təhlükəsizlik Şurasının iclasını keçirməyə təşəbbüs göstərməyə çağırır. Qeyd edək ki, radikal “Ayakve”çilərin dedikləri reallıqdan uzaq olmaqla bərabər həqiqəti əks etdirmir.Burda əsas məqsəd Suriyanın yeni hökumətini gözdən salmaq və onun Türkiyəyönümlü olmasını xüsusi qabardaraq bir gülləylə iki ov vurmaq istəyidir.Məlum olduğu kimi Suriyanı terror yuvasına çevirən diktator Əsəd iqtidarı öz antitürk və antiazərbaycan mövqeyilə yanaşı daim qatı ermənipərəst möqe sərgiləyib.Son günlər isə diktator Əsədə bağlı qüvvələrin Suriyanın qanuni hakimiyyətinə qarşı üsyanları sadəcə olaraq erməniləri də hərəkətə gətirib
Surxay Əliyev