ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens barədə yeni məlumat yayılıb. Sən demə Vitse-prezident J.D.Vansın əmisi oğlu Neyt üç il Ukraynanı Müdafiə Qüvvələrinin bir hissəsi kimi müdafiə edib. “European Pravda” xəbər verir ki, Neyt Venslə müsahibəni Fransanın “Le Figaro” qəzeti dərc edib. Neyt Vens 2022-ci ilin fevralında Rusiyanın işğalından üç həftə sonra Ukraynaya səfər etdi və bildirildiyinə görə, Da Vinçi Qurdlar Batalyonunun tərkibində ən qanlı döyüşləri görüb. Müsahibəsində Neyt Vens qardaşı və ABŞ prezidenti Donald Trampı Kremlin rəhbəri Vladimir Putinin “faydalı axmaqları” adlandırıb, həmçinin onların Oval kabinetdə Vladimir Zelenskiyə “pusqu qurduqlarını” iddia edib.
Yanvarda ABŞ-a qayıdan Neyt Vens, "Donald Tramp və əmim oğlu açıq şəkildə düşünürlər ki, Vladimir Putini sakitləşdirə biləcəklər. Onlar yanılırlar. Ruslar bizim Ukraynaya dəstəyimizi unutmayacaqlar".
Mətləb Salahov