Amerika administrasiyasının xarici məhsullara tətbiq etdiyi gömrük rüsumları ABŞ-ı “yenidən zənginləşdirəcək”. Amerika lideri Donald Tramp Florida ştatından Vaşinqtona qayıdan prezident təyyarəsinin göyərtəsində jurnalistlərlə söhbətində buna əmin olduğunu bildirib. “Düşünürəm ki, tariflər ölkə olaraq indiyə qədər gördüyümüz ən böyük iş olacaq. Bu, ölkəmizi yenidən zənginləşdirəcək”, - deyə dövlət başçısı bildirib. Bununla belə Amerika lideri Fox News-a müsahibəsində onun administrasiyasının tətbiq etdiyi tariflərin bu il ABŞ-da tənəzzülə səbəb olacağına inanıb-inanmadığı sualına cavab verməkdən imtina edib. Jurnalistlər ondan potensial tənəzzüldən narahat olub-olmadığını soruşublar. Cavabında Tramp deyib ki,mənim bildiyim odur ki, biz tariflərdən yüzlərlə milyard dollar alacağıq yeni iş yerləri açılacaq, hər şey əla olacaq”, - deyə dövlət başçısı yekunlaşdırıb.
Surxay Əliyev