Kanadada Castin Trüdo dövrü başa çatıb. Belə ki, Kanadanın Liberal Partiyası lider postuna dörd namizəd arasında səsvermə keçirib. Mark Karninin səsvermənin qalibi olub.
Karni dərhal Liberal Partiya lideri vəzifəsini tutsa da, Trüdo hələ açıqlanmayan qısa keçid dövrü müddətində Kanadanın baş naziri olaraq davam edəcək. Yeni baş nazir Donald Trampın Kanadaya tətbiq etdiyi tarifləri ölkə həyatının ən böyük böhranı adlandırıb. Karninin bu həftə and içəcəyi gözlənilir.
Mətləb Salahov