İraq, İordaniya, Livan, Suriya və Türkiyənin yüksək səviyyəli nümayəndə heyətləri regional təhlükəsizliyi müzakirə etmək üçün İordaniyanın paytaxtında bir araya gəlib. Danışıqlarda təhlükəsizlik məsələləri, terrorizmlə mübarizə, silah və narkotik qaçaqmalçılığı, Suriyadakı vəziyyət müzakirə olunub.
Görüşün yekununda tərəflər Suriya xalqının ərazi bütövlüyü və suverenliyini təmin etməklə yanaşı, ölkənin yenidən qurulmasını dəstəkləmək barədə razılığa gəliblər. Əsas qərarlardan biri də İŞİD-ə qarşı mübarizəni koordinasiya etmək üçün birgə əməliyyat mərkəzinin yaradılması olub. Mərkəz məlumat mübadiləsi və terror təhlükəsinə qarşı əməliyyatların planlaşdırılması, habelə yaraqlıların saxlanma yerlərinin aşkarlanmas ilə məşğul olacaq. İclas iştirakçıları İsrailin Suriyaya qarşı hərəkətlərini də pisləyib və bunu beynəlxalq hüququn pozulması və regionda sabitliyi pozan amil kimi qiymətləndiriblər. Hücumların dayandırılması və qüvvələrin ayrılması ilə bağlı 1974-cü il müqaviləsinə əməl olunması tələbi irəli sürülüb. Əhəmiyyətli mövzulardan biri də Suriyanın iqtisadi bərpası olub. Sanksiyaların aradan qaldırılması, bərpanın ilkin mərhələləri üçün beynəlxalq dəstəyin təmin edilməsi, ticarət və investisiya əməkdaşlığının genişləndirilməsinin zəruri olduğu vurğulanıb.
Bundan əlavə, tərəflər suriyalı qaçqınların təhlükəsiz və dayanıqlı şəkildə geri qayıtmalarına şərait yaratmaq üçün birgə işləmək barədə razılığa gəlib, eyni zamanda bu proses başa çatana qədər ev sahibliyi edən ölkələrə beynəlxalq dəstəyin vacibliyini vurğulanıb. Danışıqların növbəti raundunun yaxın aylarda Türkiyədə keçirilməsi planlaşdırılır.
Surxay Əliyev