Belə ki,milyarder İlon Mask Ukraynanı Starlinkdən ayrılmaqla hədələyir.Az keçmir ki, ABŞ dövlət katibi Marko Rubio əmin bəyan edir ki, heç kim Ukraynanın Starlinki söndürməklə hədələməyib, əks halda Ukrayna müharibəni çoxdan uduzardı. Marko Rubio bunu Polşanın xarici işlər naziri Radoslav Sikorskinin bəyanatına cavab olaraq bildirib və əmin edib ki,“heç kim Ukraynanı Starlink-dən ayırmaqla hədələməyib”. Bununla belə Space X-in sahibi İlon Mask yenə dilini saxlaya bilməyib.Belə ki,o, Polşanın xarici işlər naziri Radoslav Sikorski cavab olara belə yazıb: "Sus, balaca adam. Sən xərclərin cüzi bir hissəsini ödəyirsən. Starlinkin isə əvəzi yoxdur". Daha əvvəl isə Sikorski SpaceX-in Starlink peyk rabitəsinin etibarsız provayderi olduğunu sübut edərsə, Polşanın başqa təchizatçı axtarmağa məcbur olacağını demişdi. Bu arada məlum olub ki, Avropa Komissiyası Starlink şəbəkəsinə girişin mümkün bloklanması ilə bağlı xəbərlər fonunda peyk rabitəsinin təmin edilməsində Ukraynaya necə kömək edə biləcəyini araşdırır.
Surxay Əliyev