Lindsi Qrem hesab edir ki, yardım müharibənin sonuna qədər davam etməlidir. Birləşmiş Ştatlar Ukraynaya hərbi yardımı mümkün qədər tez bərpa etməli və döyüşlər dayanana qədər davam etməlidir. Çünki Ukraynanın süqutunun nəticəsi 2021-ci ildə Əfqanıstanda qərbyönlü hökumətin süqutundan daha pis olacaq. Bu barədə Respublikaçı senator Lindsi Qrem Fox News-a müsahibəsində bildirib.
Siyasətçi Zelenskinin Trampla mübahisəsindən sonra Amerika silahlarının və kəşfiyyat məlumatlarının Ukraynaya tədarükünün dayandırılmasından öz narahatlığını bildirib.Sitat- " Ukraynaya ehtiyacı olan silahlarla təmin edilmədən bütün danışıqlar mənasız olacaq. Döyüşlər davam edərkən Ukrayna özünü müdafiə etmək üçün kəşfiyyata və resurslara malik olmasa, münaqişənin həllinə kömək etmək üçün heç bir yol yoxdur. Ümid edirəm ki, gələn həftə Ukraynadan müharibənin sonunun necə olacağına dair aydın təsəvvürümüz olacaq və biz onu bitirmək üçün işə başlayacağıq", - sitatın sonu.
UNIAN-ın verdiyi məlumata görə, bu həftə ABŞ Ukraynaya bütün hərbi yardımı, o cümlədən kəşfiyyat məlumatlarının verilməsini dayandırıb. Bundan əvvəl Tramp demişdi ki, Ukrayna Amerikanın köməyi sayəsində özünü güclü hiss etdiyi üçün müharibəni bitirmək istəmir. Tramp daha sonra bildirib ki, Kiyev sülh arzusunu nümayiş etdirməsə, ABŞ Rusiya-Ukrayna müharibəsindən tamamilə çıxa bilər.
Surxay Əliyev