Milyarder Elon Mask ABŞ-ı Şimali Atlantika Alyansını tərk etməyə və Avropanın müdafiəsini maliyyələşdirməyi dayandırmağa çağırıb. Elon Musk hesab edir ki, ABŞ NATO-dan çıxmalı və Avropanın təhlükəsizliyini qorumağı dayandırmalıdır.
Onun sözlərinə görə, amerikalı vergi ödəyiciləri öz müdafiəsi ilə məşğul ola biləcək ölkələrin hərbi büdcəsini dəstəkləməyə borclu deyillər. “ABŞ Avropanı qorumaq üçün milyardlar xərcləyir, amma bunun müqabilində nəsə alırmı? Bu mənasızdır. Amerika öz problemlərinə diqqət yetirməlidir”, - deyə Mask X-də yazıb. İş adamı həmçinin qeyd edib ki, iqtisadi böhran və artan milli borc şəraitində Vaşinqton öz prioritetlərinə yenidən baxmalı, Avropa ölkələri isə öz təhlükəsizliyi üçün daha böyük məsuliyyət daşımalıdır. Mask əvvəllər də ABŞ müttəfiqlərini müdafiə xərclərini kifayət qədər maliyyələşdirmədiyinə görə tənqid etmişdi.O qeyd edib ki, Avropa onilliklər ərzində ABŞ-ın hərbi dəstəyinə arxalanırdı, lakin indi Aİ ölkələrinin öz təhlükəsizlikləri üçün məsuliyyəti öz üzərinə götürməsinin vaxtı çatıb. Maskın açıqlaması Vaşinqtonun Avropaya qarşı hərbi öhdəliklərini nəzərdən keçirməyə başladıqdan sonra ABŞ-ın NATO-dakı rolu ilə bağlı gərgin müzakirələri fonunda baş verib.Tramp artıq Ukraynaya hərbi yardımı dayandırıb və müttəfiqlərindən isə müdafiə xərclərini artırmağı tələb edib.
Surxay Əliyev