ABŞ prezidentinin sözlərinə görə, münaqişənin həlli üçün hər iki tərəf iştirak etməlidir. Ukrayna heç bir halda sağ qala bilməyəcək. Bunu ABŞ prezidenti Donald Tramp Fox News-in Ukraynanın ABŞ-ın dəstəyi olmadan necə yaşaya biləcəyiylə bağlı sualını cavablandırarkən deyib.
"Ukrayna onsuz da heç bir halda sağ qala bilməz, amma bizim Rusiya ilə zəif nöqtələrimiz var. Bilirsiniz, bunun üçün hər iki tərəf lazımdır", - deyə o vurğulayıb. Tramp daha sonra bu müharibənin heç vaxt baş verməməli olduğu sözlərini təkrarlayıb və əlavə edib ki, lakin indi ABŞ “bu qarışıqlıqda ilişib qalıb”. Tramp Ukraynadakı müharibə ilə bağlı son açıqlamalarında Rusiyaya qarşı dünyada hamıdan daha sərt olduğunu iddia edib. Eyni zamanda o, bir daha vurğulayıb ki, Ukrayna lideri Vladimir Zelenski ABŞ-ın onun ölkəsi üçün etdiklərinə görə minnətdar deyil. Bundan əlavə, Tramp qeyd edib ki, Ukrayna müharibəni dayandırmaq istəməsə, ABŞ ondan ayrılacaq. O, ukraynalıların sülhlə bağlı “danışıqlar aparmaq lazım olduğunu” “bilməli olduğunu” –vurğulayıb
Surxay Əliyev