Varşava Ukraynanı hədələyən Maska xatırladıb ki,Polşa Ukraynada Starlinksin işinə görə xeylı pul ödəyir. Məlum olduğu kimi,Amerikalı oliqarx İlon Maskın Ukrayna üçün peyk rabitəsini kəsməklə hədələyib. Öz növbəsində Polşa bu halda Starlink ilə müqaviləni ləğv edəcəyini bildirib. Bu barədə X Platformasında Polşanın xarici işlər naziri Radoslav Sikorski xəbərdarlıq edib.
O xatırladıb ki, Ukraynadakı Starlink terminallarının əhəmiyyətli bir hissəsinin işini Polşanın Rəqəmsallaşdırma Nazirliyi ödəyir. Söhbət ümumi dəyəri ildə təxminən 50 milyon dollar olan müqavilədən gedir. "Əgər SpaceX-in etibarsız təchizatçı olduğu ortaya çıxarsa, biz başqa təchizatçılar axtarmağa məcbur olacağıq", - deyə Sikorski xəbərdarlıq edib. Məlum olduğu kimi,Elon Mask Ukraynanı Starlink-i bağlamaqla hədələyir UNIAN-ın yazdığı kimi, ABŞ-ın Ukraynanın Starlinks-i kəsə biləcəyi ilə bağlı söz-söhbət hələ fevralın sonunda, Trampın komandası Kiyevi Ukrayna mineralları ilə bağlı ağır müqavilə imzalamağa razı salmağa çalışdığı zaman ortaya çıxmışdı. Lakin o zaman həm İlon Maskın özü, həm də Starlink şirkətinin mətbuat xidməti bunu təkzib etmişdi. Lakin Ukrayna-Amerika münasibətlərinin daha da pisləşməsindən sonra İlon Mask şəxsən özü Ukraynanı peyk rabitəsini kəsməklə hədələməyə başladı.
Surxay Əliyev