Milyarder İlon Mask bildirib ki, Starlink sistemi Ukrayna ordusunun onurğa sütunudur və onu söndürsə, Ukrayna Silahlı Qüvvələrinin cəbhə xətti dağılacaq.
Bu barədə Twitter-də Maskın birbaşa çıxışında deyilir: "Mən Putini sözün əsl mənasında Ukrayna vasitəsilə təkbətək fiziki döyüşə çağırdım və mənim Starlink sistemim Ukrayna ordusunun onurğa sütunudur. Mən onu söndürsəm, onların bütün cəbhə xətti dağılacaq. Məni narahat edən Ukraynanın uduzduğu, dalana dirənmiş qırğın illəridir. Həqiqətən qayğı göstərən,düşünən və anlayan hər kəs bu ətçəkən maşınının dayanmasını istəyir”.-deyə Mask bildirib.
Surxay Əliyev